RU

"Barselona"da ciddi itki: Əməliyyat olunacaq

İspaniya yığmasının və "Barselona"nın yarımmüdafiəçisi Qavi ciddi zədələnib.

Publika.az xəbər verir ki, "qırmızı furiya"nın baş məşqçisi Luis de la Fuente futbolçunun menisk yırtığı aldığını və uzun müddətə sıradan çıxdığını açıqlayıb.

Onun sözlərinə görə, 21 yaşlı yarımmüdafiəçini əməliyyat və uzun bərpa prosesi gözləyir. Mütəxəssis bildirib ki, belə sınaqlardan sonra oyunçular daha da güclənirlər. O, Qaviyə olan inamını itirmir.

Xatırladaq ki, bu, Qavinin dizində ilk problem deyil. 2023/24 mövsümündə futbolçu qopmuş bağ səbəbindən təxminən bir il yaşıl meydanlardan kənarda qalmışdı.

Избранный
96
publika.az

1Источники