RU

Qlobal su istehlakı ildə 4 trilyon kubmetrə çatır

Qlobal su istehlakı ildə 4 trilyon kubmetrə çatır. Bunu Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun Tullantı suları sistemlərinin tədqiqi şöbəsinin müdiri Fidan Əliyeva Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında - “Baku Water Week”də (Bakı Su Həftəsi) çıxışı zamanı deyib.

"Birləşmiş MillətlərTəşkilatının (BMT) 2023-cü il Su İnkişafı Hesabatı dünyanı beynəlxalq səviyyəli su böhranı riski ilə üz-üzə olduğunu bildirir. Bu böhran artıq 2-3 milyard insanı əhatə edir və 2050-ci ilədək su tələbatının 30% artacağı proqnozlaşdırılır", - deyə Əliyeva qeyd edib.

Избранный
3
1
anews.az

2Источники