Sözügedən matçın “CBC Sport” tərəfindən yayınlandığı məlumdu. Bəs, problem nədən ibarət olub? Bu sualla telekanalın baş redaktoru Şəmsəddin Abbasova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Bizdə belə məlumat yoxdu. Ayxan Abasovun fləş-müsahibəsini təqdim edəndən sonra yayını sonlandırdıq. Ardından D qrupunun digər matçı olan Fransa – İslandiya oyununun yayınına start verildi. Mətbuat konfransının canlı yayınlanması üçün qarşı tərəf müraciət etməlidi. Bizə belə müraciət daxil olmayıb. Həmçinin bu məsələyə biz yox, UEFA nəzarət edir. Bu qurum çəkiliş aparan tərəfə rəqibin mətbuat konfransının canlı yayınının təşkil olunması üçün müraciət edir. Görünür, qarşı tərəfdə koordinasiya problemi yaranıb. Burda ödəniş məsələsi də var. Yəqin ki, ukraynalılar “CBC Sport”un efirinə “harda qırıldı-qırıldı” prinsipiylə yanaşıblar. İndi də bizi günahkar çıxarırlar”.
KƏNAN BAHADIR