Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Fransada hökumət rəhbərliyində baş verən dəyişikliklər həm ölkə daxilində, həm də beynəlxalq aləmdə diqqət mərkəzinə çevrilib.
Prezident Emmanuel Makronun yeni Baş nazir kimi sabiq silahlı qüvvələr naziri Sebastyan Lekornyunu seçməsi müxtəlif şərhlərə yol açıb.
Bu təyinatın səbəbləri, nəticələri və perspektivləri barədə Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Makron hökumətində dəyişikliklər etmək zərurəti yaranmışdı, çünki sosial və siyasi təzyiqlər artmışdı. Onun sözlərinə görə, ikincisi, cəmiyyətin etimadını gücləndirmək və seçici bazasında yeni mesaj vermək məqsədi ön plana çıxdı:
“Üçüncüsü, hökumətə yeni dinamika gətirmək, köhnə simalarla bağlı yığılan narazılıqları yumşaltmaq istəyi də bu qərarın arxasında dayanır.
Nəhayət, Makron gələcək seçkilər ərəfəsində mövqelərini möhkəmləndirmək üçün siyasi balansı qorumağa çalışır”.
Yeni Baş nazirin təyinatının Fransa siyasətinə və hökumətin fəaliyyətinə təsirindən də danışan politoloqy dediyinə görə, yeni Baş nazir hökumətin fəaliyyətinə daha çevik idarəetmə üslubu gətirə bilər. Bundan başqa, sosial problemlərin həllinə yönəlik addımların sürətləndirilməsi ehtimal olunur:
“Avropa İttifaqı ilə münasibətlərdə Fransa daha aktiv mövqedə çıxış edə bilər. Bu dəyişiklik ictimaiyyətin gözündə hökumətin yenilənməsi və daha güclü görünməsi ilə nəticələnə bilər”.
Müsahibimiz hesab edir ki, Sebastyan Lekornyun bu vəzifəyə gətirilməsi Fransanın müdafiə və təhlükəsizlik məsələlərinə daha çox diqqət ayıracağını göstərir. Onun sözlərinə görə, Ukrayna müharibəsi fonunda Avropanın hərbi-siyasi rolunun artdığı bir vaxtda təcrübəli fiqurun seçilməsi təsadüfi deyil:
“Lekornyun dövlət idarəçiliyində sərt və nizam-intizamlı yanaşması Makronun hökumətinə sabitlik gətirə bilər. Nəhayət, bu təyinat Fransa siyasətində hərbi-strateji düşüncənin ön plana çıxması anlamına gəlir”.
Z.Qarayeva bildirib ki, yeni Baş nazirin ilk növbədə, hökumətin prioritetlərini açıqlaması və yeni kabinetin istiqamətlərini müəyyənləşdirməsi gözlənilir. Növbəti addım sosial gərginliklərə cavab verən iqtisadi və sosial islahatların gündəmə gətirilməsi olacaq:
“Sebastyan Lekornyun beynəlxalq arenada Fransa mövqelərini gücləndirmək üçün diplomatik təşəbbüslərlə çıxış edə bilər. Yeni Baş nazirin ictimai etimadı qazanmaq üçün daxili siyasətdə daha şəffaf və vətəndaşa yaxın addımlar atması ehtimal olunur”.
Zülfü Məmmədov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.