RU

Aİ Ukraynaya qoşun yeridəcək? - Kremldən deyirlər ki...

Kreml Avropa ölkələrinin Ukraynaya qoşun yeritmək imkanları ilə bağlı mövqeyində hər hansı dəyişiklikdən xəbərsizdir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

"Bircə onu bilirəm ki, Parisdə keçirilən görüşdə 26 ölkə Ukraynaya kontingent göndərməyə hazır olduqlarından danışıblar. Bu ölkələrin heç birinin mövqeyini dəyişməsi ilə bağlı məlumatım yoxdur.

Eyni zamanda, bir sıra ölkələr heç bir halda bunda iştirak etməyəcəklərini dərhal bəyan etdilər. Ona görə də bu tərkibdə hər hansı dəyişiklikdən xəbərim yoxdur", - Peskov jurnalistlərin Ukraynaya qoşun göndərmək istəyən ölkələrin sayı ilə bağlı suallarını cavablandırarkən deyib.

Избранный
56
publika.az

1Источники