RU

İş yerlərinin 74.7 faizi paytaxtdadır

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanda açılan iş yerlərinin 74.7 faizi Bakı şəhərinin payına düşür.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında deyib.

Komitə sədrinin sözlərinə görə, bağlanan iş yerlərinin sayı isə 4,3 mindir. Onun 54,3 %-i qeyri-dövlət sektoruna aiddir.

O əlavə edib ki, son 3 ildə ölkədə pensiyanın minimum məbləği artıb:

"Sosial islahatlara nəzər salsaq, hazırda ölkədə 1 103 300 nəfər pensiyaçı var. Bunlardan 64,6 %-i yaşa görə, 12,4 % ailə başçısını itirməyə görə pensiya alır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
3
modern.az

4Источники