Hurriyyet.az xəbər verir ki, Qətər hökuməti İsrailin Baş naziri Binyamin Netanyahunun beynəlxalq hüququ pozması ilə bağlı onun məsuliyyətə cəlb edilməsi imkanlarını nəzərdən keçirib. Bu barədə BBC telekanalı mənbələrə istinadla məlumat verib.
Nəşrin məlumatına görə, ölkə rəhbərliyi bir qrup hüquqşünasa məhkəmə işi üçün materiallar toplamaq göstərişi verib.
Bəlli olduğu kimi, sentybarın 7-də Dohada, HƏMAS rəhbərliyinin nümayəndələrinin olduğu binaya havadan bomba atılıb.
Hücum nəticəsində 6 nəfər həlak olub. Onlardan 5 nəfəri inzibati işlərlə məşğul olan qərargah əməkdaşları, 1 nəfəri isə Qətərin təhlükəsizlik qüvvələrinin əməkdaşı olub.
Hürr Tərcüman