Cüneyt Çakır "Qarabağ"ın oyununa təyinat alıb.
Operativ Media xəbər verir ki, FİFA dərəcəli sabiq hakim Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının əsas mərhələsində "Benfika"ya qarşı keçirəcəyi oyunun hakim-inspektoru olacaq.
Çakır hazırda Gürcüstan Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri vəzifəsində işləyir.