RU

Azərbaycan Turizm Bürosu Seul şəhərində şəbəkələşmə tədbiri təşkil edilib

Bakı, 10 sentyabr, AZƏRTAC

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Koreya Respublikasının paytaxtı Seul şəhərində ölkəmizin turizm potensialının təbliği məqsədilə turizm sənayesi və media nümayəndələri üçün mətbuat konfransı və şəbəkələşmə tədbiri keçirilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirə media qurumlarının, turizm agentliklərinin, hotellərin, eləcə də “Korean Air”, “Flydubai” və “Qatar Airways” kimi beynəlxalq aviaşirkətlərin nümayəndələri daxil olmaqla 80-dən çox iştirakçı qatılıb.

Mətbuat konfransında koreyalı media nümayəndələri Azərbaycanın turizm potensialı və son yenilikləri barədə ətraflı məlumatlandırılıblar.

Tədbirdə Azərbaycanın Koreya Respublikasında səfiri Ramin Həsənov iştirak edib.

Şəbəkələşmə proqramı çərçivəsində keçirilən B2B formatlı görüşlərdə koreyalı turizm agentlikləri ilə yerli turizm şirkətləri, hotellər və beynəlxalq aviaşirkətlərin nümayəndələri arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Избранный
7
6
azertag.az

7Источники