RU

Aİ rəhbəri İsrail nazirlərinə sanksiyaqoyulmasını tələb edib

 Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen “ekstremist düşüncəli” İsrail nazirlərinə qarşı sanksiyalar tətbiq olunmasına və İsraillə ticarət əlaqələrinin məhdudlaşdırılmasına çalışacağını bildirib.

“Qəzzada baş verənlər bütün dünyanı sarsıtdı. İnsanlar aclıqdan ölür, analar qucaqlarında cansız körpələr daşıyır. Bu kadrlar fəlakətlidir... Buna son qoyulmalıdır,” — o, Avropa Parlamentində çıxışı zamanı bildirib, AFP xəbər verir.

Tagesschau telekanalının məlumatına görə, fon der Lyayen həmçinin Aİ-nin İsrailə maliyyə dəstəyinin dayandırıldığını açıqlayıb. O əlavə edib ki, bu qərar İsrailin vətəndaş cəmiyyəti ilə əməkdaşlığa və “Yad Vaşem” Holokost memorialı ilə işə təsir göstərməyəcək.

: Sentyabrın 9-da İsrail Qəzzanın tam təxliyəsini tələb edib və hərbi əməliyyatın genişləndirilməsinə hazırlaşarkən Qətərin paytaxtı Dohaya zərbə endirib. İsrail HƏMAS üzvlərini hədəf aldığını bildirib.

Qətər isə bunu beynəlxalq hüququn pozulması adlandırıb və cavab tədbirləri görəcəyini açıqlayıb. Qəzzada müharibə 2023-cü ilin oktyabrından davam edir və dinc sakinlərin ölümü səbəbindən Avropada tənqidlər artır.

N.Təbrizli

Избранный
7
1
anews.az

2Источники