“Adın insan taleyində, davranışında, şəxsi həyatında çox böyük rolu var. Biz isə bunu dərk etmirik. Bəzən ata-anamıza xoş olsun deyə övladımıza valideynlərimizin adını qoyuruq. Yaxud ata-anamız deyir ki, nəslim-köküm davam etsin deyə uşağa mənim adım qoyulmalıdır. Qəribə bir söz var - adım yerdə qalmasın... Sənin adın niyə yerdə qalır ki? Adını özün daşıyırsan, şəxsiyyət vəsiqəndə də var. Sonra da məzar daşında adın yazılacaq. Yəni adın heç vaxt yerdə qalmayacaq. Bizdə isə belə deyil. Bəzən bizi məcbur edirlər ki, uşağa anamın adını qoymalısan. Yaxud da qaynana deyir ki, uşağa anamın adını qoymalısan. Gənc ailələrdə bəzən bunun üstündə həqiqətən söz-söhbət düşür, dava-dalaş olur. Ən vacibi bizim övladımızdır. Uşağa ad vermək məsələsini ata-ananın öhdəsinə buraxmaq lazımdır, onlar öz aralarında həll etməlidirlər”. Bu sözləri tanınmış psixoloq Gülnar Orucova deyib.Saglamolun.Az