RU

Azərbaycanda tenderlərin yarıdan çoxu – «ETENDER.GOV.AZ»-DAN YAYINDIRILIR

Azərbaycanda dövlət satınalmaları məqsədilə keçirilən tenderlərin yarıdan çoxu etender.gov.az-dan yayındırılır.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, aparılan hesablamalara əsasən, 2024-cü ildə “etender.gov.az” – dövlət satınalmalarının vahid internet portalı üzərindən həyata keçirilən satınalmalar say baxımından ümumi 49,9%-ni təşkil edib.

Başqa sözlə, satınalma elanlarının yarıdaen çoxu portaldan kənar baş verib.

Məbləğ baxımından isə, “etender.gov.az”dan keçən məbləğlər ümumi satınalmanın 55,2%-i qədər olub.

Maraqlıdır ki, aparılan islahatlar və ciddi nəzarətə baxmayaraq “etender.gov.az”-dan keçən tender sayı azalmaqdadır.

Belə ki, 2023-cü ildə tenderlərin say baxımdan 58%-i portal üzərindən keçib.

Bununla yanaşı, portaldan keçən məbləğlərin artması baş verib. Belə ki, 2023-cü ildə portaldan kənar tenderlərin ümumi məbləği 78% idi.

Başqa sözlə, məbləğ baxımından portaldan keçən sifarişlər 2,5 dəfə artıb.

Избранный
6
fed.az

1Источники