RU

Berlində “ölüm həkimi”nin məhkəməsi başladı

Berlində

Berlində palliativ yardım həkiminə qarşı məhkəmə prosesi start götürüb. O, 15 nəfəri qətlə yetirməkdə ittiham olunur. İstintaq isə qurbanların sayının yüzə qədər ola biləcəyini istisna etmir ki, bu da işi Almaniya tarixində ən irimiqyaslı cinayət işlərindən birinə çevirir, – Lenta.ru xəbər verir.Məlumata görə, kişi özünü tibbi yardım göstərən həkim kimi təqdim edərək ağır xəstələrə yaxınlaşıb və onlara ölümcül dozada dərmanlar vurub. Prokuror onun hərəkətlərini xəstələrin etimadını sui-istifadə etmə kimi dəyərləndirib və həkimi “həyat və ölümün sahibi kimi davranmaqda” ittiham edib.Bundan əlavə, məlum olub ki, həmin şəxsin ziyarətlərindən sonra bəzi mənzillərdə yanğınlar baş verib. İstintaq hesab edir ki, həkim cinayət izlərini gizlətmək üçün bilərəkdən yanğın törədib. Prokurorluq onun üçün ömürlük həbs cəzası tələb edir.Ulusum.az

Diqqət Çəkənlər

İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi

Qətərdəki zərbə – ABŞ əvvəlcədən xəbərdar idi

Qışa tərəvəzli ragu hazırlayırıq

Избранный
43
ulusum.az

1Источники