Bakı, 10 sentyabr, AZƏRTAC
Misli Premyer Liqasında çıxış edən “Karvan-Yevlax” komandası iki futbolçu ilə yollarını ayırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Rəhman Şabanov və Ceyhun Bağırzadə bölgə təmsilçisini tərk ediblər.
Onlarla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.