RU

"Yeni Klinika"da da yoxlamalara başlanıldı

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yoxlamalara başlaması barədə məlumat vermişdik.

"Cebheinfo.az" xəbər verir ki, yoxlamalar İTS üzrə ən çox xəstə qəbulu həyata keçirən Yeni Klinikada da start götürüb.Bakupost.az -ın əldə etdiyi məlumata görə, yoxlamalar bilavasitə maliyyə naziri Sahil Babayevin nəzarəti altında həyata keçirilir.

 

Xeyli müddətdir hazırlıq görülən və Maliyyə Nazirliyinin ən yaxşı mütəxəssislərinin cəlb edildiyi yoxlamalar avqust ayından başlayıb. Hətta yoxlamalarla əlaqədar TƏBİB və İcbari Tibbi Sığortada çalışan bəzi vəzifəli şəxslər təcili şəkildə məzuniyyətdən geri çağırılıblar.

Xatırladaq ki, Yeni Klinikanın direktoru Barat Yusubovdur.

"Cebheinfo.az" 

Избранный
20
5
cebheinfo.az

6Источники