RU

Biləsuvar və Yardımlıda yanğın oldu

BAKI, 10 sentyabr. TELEQRAF

Biləsuvar rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, rayonun Bəydili kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı tikintisi başa çatmayan evin dam örtüyünün taxta atmaları 5 m² sahədə, 2 ədəd pəncərə çərçivəsi qismən və həyətyanı ərazidə 90 m² sahədə kol-kos yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Yardımlı rayonunun Aşağı Astanlı kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Избранный
74
teleqraf.com

1Источники