RU

Kreml iyul ayından bu hücuma hazırlaşırmış – ŞOK

Ruslar artıq xeyli müddətdir dronlardan kəşfiyyat məlumatlarının ötürülməsi üçün SIM-kartlı 4G-modemlərdən istifadə edirlər.

Bu barədə “Daily Express” məlumat yayıb.

Ukraynada vurulan Rusiya PUA-larında Polşaya məxsus SIM-kartlar hələ iyulun əvvəlində qeydə alınıb və bu barədə Varşava xəbərdar edilib. Bu haqda 10 iyulda polyak jurnalist Marek Budzış da yazmışdı.

“Ukraynalılar bildirirlər ki, vurulan Rusiya pilotsuz zərbə aparatlarında Polşa və Litvaya aid SIM-kartlar aşkarlanıb. Onların fikrincə, bu, hər iki ölkəyə qarşı hücum dəhlizlərinin sınaqdan keçirilməsinə hazırlığın göstəricisi ola bilər, çünki məlumdur ki, dronların uçuş trayektoriyasının korreksiyası üçün telekommunikasiya şəbəkələrindən istifadə olunur. Yaxud bu, Qərbi Ukraynaya hücumların gücləndirilməsinə xidmət edə bilər. Polşa kəşfiyyat xidmətlərinin vəzifəsi isə SIM-kartları kimin aldığı barədə aydınlıq gətirməkdir, çünki alışdan sonra onların qeydiyyatı tələb olunur”, – deyə jurnalist vurğulayıb.

Musavat.com

Избранный
15
3
editor.az

10Источники