RU

Z nəsli Nepalı yandırır Televiziya binası oda verildi, işçilər pəncərədən atladılar FOTOLAR

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nepalın paytaxtı Katmanduda sosial media platformalarına girişin bağlanması ilə başlayan iğtişaşlar qarşısıalınamz səviyyəyə yetişib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Z nəsli deyilən gənclər Nepalı sözün əsl mnasında yandırırlar.

Məlumata görə, parlament, hökumət, XİN, Maliyyə Nazirliyi və digər qurumların binlarına od vuran, bir çox nazirləri lüt soyunduraraq döyüb təhqir edən gənclər bu dəfə dövlət telekanalını hədəfə alıblar.

Məlumata etirazçılar hökumətyönlü televiziya binasına basqın edərək, onu yandırdılar, işçilər isə canlarını yanğından xilas etmək üçün  pəncərədən atlayıblar.

Xatırladaq ki, ölkədə komendat saatı tətbiq olunsa da, bunu icra etməkmümkün olmayıb.

Onu da qeyd edək ki, iğtişaşlarda ölən və yaralananlar artıb.

Tahir

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
2
mia.az

3Источники