RU

Azərbaycanda ortaaylıq əməkhaqqı artıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu il avqustun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 768.4 min nəfər olub, onlardan 858.1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 910.3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, muzdla işləyənlərin 18.9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 18.1%-i təhsil, 13.8%-i sənaye, 8.5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.8%-i tikinti, 6.3%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4.2%-i nəqliyyat və anbar təsərrüfatı, 3.9%-i peşə, elmi və texniki fəaliyyət, 2.4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.3%-i maliyyə və sığorta fəaliyyəti, 14.8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 9.5% artaraq 1 098.1 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində ortaaylıq nominal əməkhaqqı daha yüksək olub.
Избранный
5
21
oxu.az

10Источники