Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Son İslandiya oyunundakı məğlubiyyətindən sonra millimizdə psixoloji durum aşağı səviyyədə idi. Burada da vacibdir ki, tez bir zamanda bunu unutdurub və komanda növbəti oyuna - Ukrayna ilə yaxşı motivasiya ilə istəkli çıxsın. Necə ki, dünənki oyunda biz bunun şahidi olduq. Komanda bu oyuna yaxşı motivasiya ilə çıxmışdı, istəkli idilər, meydançanın hər yerində, hər qarışında mübarizə apardılar. İslandiyada bunu görmədik". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Arif Əsədov deyib.
Onun sözlərinə görə, oyun keyfiyyəti baxımından danışsaq, hələ görüləsi işlər çoxdur: "Federasiya rəhbərliyinin atdığı addımlar Ayxan Abbasovu komandaya gətirməklə bu vəziyyətdən çıxış yolunu tapdılar və bunu qiymətləndirmək lazımdır. Hansı ki, bu da sonda öz bəhrəsini verdi. Yəni, bu bir daha göstərir ki, bizim futbolçulara daha çox öz yerli məşqçilərimiz mental baxımdan yaxın olduğu üçün, onların dilini öz məşqçilərimiz daha yaxşı bilir.
Emin Mahmudovun bombardirlər sırasında Qurban Qurbanovun keçməsinə gəldikdə, təbii ki, hər ikisi bizim yerli futbolçularımızdır, milli futbolçularımızdır. Emin Mahmudova neçə vaxtdır bu şans düşürdü, amma istifadə edə bilmirdi. Ona görə dünənki oyunda yeni rekorda imza atdı. Onu da təbrik edirəm. Yəni, davamı gəlsin. Hələ Emin milli komandamıza çox kömək edə bilər və qarşıdakı oyunlarda da bu qol sayını artıra bilər.
Növbəti oyunlarda da uğurlar arzulayıram. Təbii ki, qarşıda hələ çətin oyunlar var. Gələn ay səfərdə iki çətin oyunumuz var. Vacibdir ki, əsas o idi ki, burada komanda bir balaca özünə inam qazandı. Baxaq görək qarşıda nələr baş verir. Ukrayna ilə göstərilən oyun və qazanılan nəticə, inanıram ki, gələcəkdə, gələn oyunlarda millimizin ruh yüksəkliyini qaldırıb və yaxşı oyunu nümayiş etdirməsinə kömək olacaq. Uğurlar arzulayıram".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.