Qaynarinfo saytına istinadən ain.az xəbər verir.
Ukrayna millisinin Azərbaycanla (1:1) dünya çempionatı-2026-nın seçmə mərhələsindəki məyusedici heç-heçəsindən sonra baş məşqçi Sergey Rebrov güclü tənqid dalğasının hədəfinə çevrilib.
Qaynarinfo xəbər verir ki, azarkeşlər sosial şəbəkələrdə məşqçiyə hücum edərək onun "Instagram” paylaşımlarının altında yüzlərlə neqativ rəy yazıblar. Onlar Rebrovu taktiki səhvlərdə, uğursuz əvəzləmələrdə və "sarı-göylərin” maksimum xal götürməli olduqları oyunda itkilərə yol verməkdə günahlandırıblar.
Görünür, təzyiqə tab gətirməyən Rebrov paylaşımlarında şərh imkanını bağlamaq qərarı verib. İndi istifadəçilər yalnız onun fotolarına baxa bilirlər, amma heç bir rəy yaza bilmirlər.
Azərbaycanla oyundan sonra azarkeşlər öz qəzəb və məyusluqlarını gizlətməyiblər. "Chempion” azarkeşlərin ən yaxşı reaksiyalarını toplayıb.
Dünya çempionatının seçmə mərhələsində Ukrayna millisi növbəti oyununu 10 oktyabrda İslandiya yığmasına qarşı keçirəcək. İlk turda Rebrovun yetirmələri Fransaya (0:2) uduzub və turnir cədvəlində cəmi 1 xal toplayıblar.
Alpər
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.