RU

Hakan Fidan sabah İtaliyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 11-də İtaliyaya səfər edəcək.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fidan burada İtaliyanın xarici işlər naziri Antonio Tajani ilə görüşəcək.

Məlumata görə, Fidanın Türkiyə ilə İtaliya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsinin davam etdirilməsi, mövcud regional və qlobal inkişaflar fonunda elm, texnologiya və innovasiya sahələrində birgə işlərin aparılması ilə bağlı fikir mübadiləsi aparması gözlənilir.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
13
1
missiya.az

2Источники