RU

Mərkəzi Bank daha bir BOKT-un vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) "SF Azerbaijan" MMC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib.

Bu barədə AMB xəbər verir.

Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanununun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb. Nəticədə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "SF Azerbaijan"nın vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilib.

Избранный
7
15
banco.az

10Источники