RU

Polisin Yasamalda saxladığı kuryerlərdən 31 kq narkotik vasitə aşkarlandı

Bakı.Trend:

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları kuryerliyə cəlbolunaraq narkotiklərin satışı və qanunsuz dövriyyəsini təşkil edənşəxslərə qarşı əməliyyat keçirib. Növbəti tədbirlər zamanı 28 yaşlıFəqan Məmmədov və 24 yaşlı Məhərrəm Həsənzadə saxlanılıblar.Onlardan ümumilikdə 31 kiloqram marixuana, heroin və psixotropmaddə metamfetamin aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı saxlanılanların maddi qazancəldə etmək məqsədilə şəxsiyyətləri istintaqla araşdırılan İranvətəndaşları ilə cinayət əlaqəsi yaratmaları əldə olunan elektronməlumatlarla sübuta yetirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Polisəməkdaşları tərəfindən narkotiklərlə əlaqəli şəxslərin ifşa ediməsiistiqamətində mübarizə tədbirləri davam etdirilir.

Məqalədə:
Избранный
43
21
az.trend.az

10Источники