RU

Vens: Tramp Rusiyanın iqtisadi təcridinə ehtiyac görmür

ABŞ Prezidenti Donald Tramp Rusiyanı iqtisadi cəhətdən təcrid etməyin mənasını görmür.

APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Vens “One America News” telekanalına müsahibəsində bildirib.

Vens qeyd edib ki, Tramp münaqişənin davam etməsi istisna olmaqla, Rusiyanı iqtisadi cəhətdən təcrid etmək üçün heç bir səbəb görmür.

O, ABŞ-ın Ukraynada nizamlanma üzərində işləməyə davam edəcəyini və sülh razılaşmasına ümid etdiyini vurğulayıb.

Избранный
30
5
apa.az

6Источники