RU

Paşinyan Moskvada Putinlə görüşəcək

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumatda bildirilib ki, sentyabrın 26-30-da Moskvada öz ölkələrində nüvə proqramlarını inkişaf etdirən müxtəlif ölkələrin liderlərini bir araya gətirəcək “Ümumdünya Atom Həftəsi” keçiriləcək. Tədbirə Nikol Paşinyan da dəvət olunub. KİV-in məlumatına görə, Ermənistan baş naziri bu məqsədlə Moskvaya gedəcək. Onun bu səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayrıca görüş keçirəcəyini gözlənilir.

Məsələ ilə bağlı KİV-in sualına Nikol Paşinyanın administrasiyasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçaturyan ənənəvi cavab verib: “Baş nazirin səfərləri ilə bağlı məlumatlar vaxtında verilir”.

Избранный
8
2
sitat.info

3Источники