RU

"İsrailə göstərilən ikitərəfli dəstək dayandırılacaq"

Avropa Komissiyasının sədri Ursula fon der Leyen İsraillə bağlı mühüm qərarlar açıqlayıb. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

O bildirib ki, İsrailə göstərilən ikitərəfli dəstək dayandırılacaq.

Leyen qeyd edib ki, vətəndaş cəmiyyəti və Yad Vaşem (Holokost xatirə mərkəzi) ilə əməkdaşlıq istisna olmaqla, bütün ödənişlər dayandırılacaq, həmçinin İsraillə ticarət tərəfdaşlığı sazişinin qismən dondurulması təklif olunacaq.

Avropa İttifaqı eyni zamanda gələn ay Fələstinin yenidən qurulması üçün xüsusi bir donor qrupu yaradacaq.

Избранный
99
operativmm.az

1Источники