RU

Azərbaycanda inflyasiya səviyyəsi açıqlanıb

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda inflyasiya 5.6% təşkil edib.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, istehlak qiymətləri qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6.6%, qeyri-qida məhsulları üzrə 2.6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6.9% artıb.

Məlumata görə, bu ilin avqust ayında istehlak qiymətləri 2024-cü ilin avqust ayına nisbətən 4.9%, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.6%, qeyri-qida məhsulları üzrə 2.1%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4.9% artıb.

Avqust ayında istehlak qiymətləri isə əvvəlki aya nisbətən 0.4% artıb.
Избранный
54
15
sherg.az

10Источники