Ajans.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, PUA-ların vurulmasında Polşa F-16-ları, Niderland F-35-ləri, İtaliyanın AVACS kəşfiyyat təyyarələri və NATO tərəfindən birgə idarə olunan yanacaq dolduran təyyarələr iştirak edib. Agentlik bildirib ki, Polşaya yerləşdirilən Almaniyanın iki “Patriot” hava hücumundan müdafiə sistemi PUA-ları Polşa üzərində aşkar etməyə kömək edib.
Qeyd edək ki, 10 sentyabrda Rusiyaya məxsus "Şahid" PUA-ları Polşaya hücum edib.