RU

Nadiri “Kəpəz”dən getdi - Rəsmi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” klubu əməliyyatlar üzrə rəhbər İlqar Nadiri ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Elita klubu Nadiriyə xidmətlərinə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xatırladaq ki, İlqar Nadiri “Kəpəz”in 2022-ci ildə yaradılmış İdarə Heyətinin ilk sədri olub. Son illərdə uğursuz çıxışı ilə seçilən Gəncə təmsilçisinin rəhbərliyində bu yay xeyli dəyişiklər baş verib. Amma bu, komandanı heç cür “qara zolaq”dan çıxarmır.

“Kəpəz” Azərbaycan Premyer Liqasının cari mövsümündə keçirdiyi 3 oyunun hamısından məğlubiyyətlə ayrılıb. Gəncə təmsilçisi hazırda xal qazanmayan yeganə komanda olaraq 12 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

error: Məzmun qorunur!
Избранный
2
3
arena.az

10Источники