RU

16 yaşlı qız cinsi zorladılar, 4 nəfər həbs olundu

Ağdamda 16 yaşlı qızın bir qrup şəxs tərəfindən cinski zorakılığa məruz qaldığı iddia olunur.
BUTA.TVTeleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində baş verib. Zərərçəkən məktəbli qız ailəsinə məlumat verib. Ailə isə hüquq-mühafizə orqanlarına müraciət edib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.

Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

Избранный
26
41
buta.tv

10Источники