RU

Ağdamda 16 yaşlı qıza təcavüzdə şübhəli bilinən - 4 nəfər tutuldu

Ağdamda 16 yaşlı qıza təcavüzdə şübhəli bilinən - 4 nəfər tutulduAğdamda 16 yaşlı məktəbli qızın bir qrup şəxs tərəfindən zorlandığı iddia olunur.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində baş verib.

Zərərçəkən yeniyetmə ailəsinə məlumat verdikdən sonra hüquq-mühafizə orqanlarına müraciət edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub: "Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir".

Избранный
28
41
sonxeber.az

10Источники