RU

Rusiya XİN İsrailin Doha zərbələrini pisləyib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi hava zərbələri ilə bağlı bəyanat yayıb. Moskva baş verənləri beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması, müstəqil dövlətin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş addım kimi qiymətləndirib.

Bəyanatda qeyd olunur ki, bu cür hərəkətlər Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinə və sabitliyin pozulmasına gətirib çıxarır:
"İsrailin düşmən və ya rəqib hesab etdiyi qüvvələrə qarşı bu metodların tətbiqi ən sərt şəkildə qınanmalıdır".

Nazirlik vurğulayıb ki, Qətərə qarşı raket hücumu - hazırda HƏMAS ilə İsrail arasında dolayı danışıqlarda əsas vasitəçi rolunu oynayan ölkəyə - beynəlxalq sülh təşəbbüslərinə zərbə kimi qiymətləndirilməlidir.

Moskva bir daha bütün tərəfləri məsuliyyətli davranmağa, vəziyyəti daha da ağırlaşdıracaq addımlardan çəkinməyə çağırıb. Rusiya XİN atəşkəsin tezliklə təmin olunmasının və Fələstin probleminin yalnız beynəlxalq hüquqi əsasda kompleks həllinin vacibliyini təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
38
43
olaylar.az

10Источники