RU

Rusiyadan Polşaya hücm: NATO toplaşır

Polşa pilotsuz təyyarə ilə bağlı insidentdən sonra NATO-dan 4-cü maddənin tətbiqini xahiş edəcək.

“Cebheinfo.az” xəbər verir ki, bunu Baş nazir Donald Tusk bildirib.

Onun barəsində danışdığı 4-cü maddə NATO ölkəsinə məsləhətləşmələr tələb etməyə icazə verir. 5-ci maddə isə bir NATO üzvünə hücumu bütün Alyansa hücum hesab edir.

NATO görüşün bu gün baş tutacağını bildirib. Görüşdə dronların müdaxiləsinə necə cavab veriləcəyini müzakirə edəcək.

Polşa Milli Təhlükəsizlik Şurası yaxın iki gün ərzində insidentlə bağlı müzakirələr aparacaq və bundan sonra bütün məlumatlar əldə olunacaq.

Xatırladaq ki, Polşa ölkənin hava məkanının pilotsuz uçuş aparatları ilə pozulmasını qeydə alıb. Nəticədə bir neçə aeroportun fəaliyyəti dayandırılıb. Polşa ordusu isə ölkənin hava məkanını pozan bir neçə PUA-nın vurulduğunu açıqlayıb. Ordu həmçinin insidentlə bağlı hərbi təyyarələrini havaya qaldırıb.

Ukrayna ordusunun Hava Qüvvələrinin məlumatına əsasən, Rusiya dünən axşamdan etibarən Ukraynaya 415 dronla hücum edib. Bildirilib ki, Rusiyaya məxsus dronlardan 8-i Polşa istiqamətində Ukraynanın dövlət sərhədlərindən çıxıb.

Избранный
3
1
cebheinfo.az

2Источники