RU

Rusiyanın müvəqqəti işlər vəkili Polşa XİN-ə çağırılıb

Rusiyanın Polşadakı səfirliyinin müvəqqəti işlər vəkili Andrey Ordaş Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə rusiyalı diplomat RİA Novosti-yə bildirib.

O, Polşaya dron hücumu ilə bağlı bəyanatlar fonunda XİN-ə çağırıldığını söyləyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub.

Polşa qırıcı təyyarələrinin ölkənin hava məkanını pozan ən azı 4 pilotsuz təyyarəni vurduğu bildirilir.

Polşanın hava məkanına naməlum obyektlərin daxil olması səbəbilə Varşava və Rzeşov şəhərlərində hava limanları bağlanıb.

"Cebheinfo.az" 

Избранный
12
30
cebheinfo.az

10Источники