RU

Ukrayna yığmasının futbolçusu: İkinci qolu vurmağa vaxtımız çatmadı

BAKI, 10 sentyabr. TELEQRAF

"Kifayət qədər şanslarımız oldu, 1:0 qalib gəlirdik. Rəqibin bir əks-hücumü, əllə oyun, penalti epizodu. Belə anlarda bizim bəxtimiz gətirmədi. Hakim penalti təyin etdi, ikinci qolu vurmağa vaxtımız çatmadı".

Teleqraf xəbər verir ki, bunu Ukrayna millisinin futbolçusu Georgi Sudakov Bakıda Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri DÇ-2026-nın seçmə mərhələsi oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

23 yaşlı yarımmüdafiəçi matçı təhlil etməyin çətin olduğunu söyləyib: "Üstün tərəf biz idik, qol şanslarımız az deyildi, amma bunlardan istifadə edə bilmədik. Nə deyəcəyimi bilmirəm. İndi bu oyunu təhlil etmək çox çətindir".

Qeyd edək ki, Georgi Sudakov Ukrayna seçməsinin yeganə qolunun müəllifidir. O, 51-ci dəqiqədə adını tabloya yazdırıb.

Избранный
63
teleqraf.com

1Источники