RU

ASELSAN və Türkiyə Müdafiə Sənayesi İdarəsi arasında 1,65 milyard avroluq müqavilə imzalandı

BAKI,TurkicWorld, Fərid Mikayılov

ASELSAN ilə Türkiyə Müdafiə Sənayesi İdarəsi (SSB) arasında hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair 1 milyard 650 milyon avro dəyərində müqavilə imzalanıb.

TurkicWorld xəbər verir ki, bu barədə şirkətdən İctimayyəti Məlumatlandırma Platformasına (KAP) verilən açıqlamada, sözügedən razılaşmanın ASELSAN tarixində ən böyük tədarük müqavilələrindən biri olduğu vurğulanıb.

“ASELSAN ilə Türkiyə Müdafiə Sənayesi İdarəsi arasında hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair ümumi dəyəri 1 milyard 650 milyon avro olan müqavilə imzalanmışdır. Təhvilatlar 2027 və 2031-ci illər arasında həyata keçiriləcək”- deyə bildirilib.

Mütəxəssislərin qiymətləndirməsinə görə, bu müqavilə Türkiyənin hava hücumundan müdafiə qabiliyyətlərinin gücləndirilməsi, milli texnoloji imkanların artırılması və uzunmüddətli modernləşmə proqramlarının icrası baxımından mühüm əhəmiyyət daşıyır.

Razılaşma həm də Türkiyənin müdafiə sənayesində öz gücünə əsaslanan istehsal və ixrac imkanlarını genişləndirməsinə xidmət edəcək.

Избранный
51
turkic.world

1Источники