RU

Vergiödəyicilərinin sayı 5 faizə yaxın artıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 10 sentyabr, AZƏRTAC

Cari ilin sentyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 645 min 546 vergiödəyicisinin 86,9 faizi fiziki şəxs, 13,1 faizi hüquqi şəxs və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı isə 7,3 faiz artıb.

Sentyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artaraq 199 min 530 vahid təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında 9419 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 88,7 faizi yerli investisiyalı, 11,3 faizi isə xarici investisiyalıdır.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,9 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Kommersiya qurumlarının 84,8 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,2 faiz təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
33
13
azertag.az

10Источники