RU

Kəlbəcərdə yük maşını aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Kəlbəcərdə
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kəlbəcər rayonunun Qamışlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. 1news.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı yük avtomobili dərəyə aşıb, 2 nəfər dərədə köməksiz vəziyyətdə qalıb. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər dərədən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. 11:27 Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib. 1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb. "ATEKO" markalı yük maşını yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü 2005-ci il təvəllüdlü F.Əmrahov və 2004-cü il təvəllüdlü N.Ağayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Избранный
21
6
1news.az

10Источники