RU

Naxçıvanda 14 yaşlı oğluna təcavüz edilən ailə ədalət istəyir

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Naxçıvanın kəndlərindən birində məktəbli oğlanın cinsi təcavüzə məruz qalmasından sonra ailəsi onun hüquqlarının müdafiəsinə qalxıb.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Videoya YouTube kanalımızda baxın.

Onun anası Səminə Musayeva ağlayaraq deyir ki, "Bu neçə ayda mənim yaşadığımı heç kəs bilmir, bir allah bilir".

"Bilirsiz bir xadimə ana üçün necə çətndir?! Bir ana fırtılıq silib, tüpürcək silib uşaq saxlayırsa, bu ananın uşağına təcavüz edirlərsə, bütün dünya mənə kömək eləməlidir. Qoy, heç bir ananın ürəyi, ciyəri mənim kimi yanmasın. Çox xahiş edirəm sizdən, çox-çox xahiş edirəm!.." - Səminə Musayeva bildiirb.

Naxçıvanın kəndlərindən birində yaşayan Səminə Musayevanın aylar öncə yeniyetmə oğlu cinsi təcavüzə məruz qalıb.

Ailə deyir ki, məktəbliyə öz və qonşu kəndlərdən olan dörd nəfər təcavüz edib, ancaq onlara yüngül cəzalar verilib, biri isə hətta sərbəst buraxılıb.

Zorlanma məsələsinin üstünü polis açıb, - Musayevlər BBC-yə bildirib.

Məktəblinin atası Novruz Musayev deyib ki, üç hərbçi, bir də mülki vətəndaş uşağa təcavüz edib.

"Bunlara cinayət işi açıldı, hərbçi olduqlarına görə işi hərbi prokrorluğa göndərdilər. ... Ta altı aydır bu işlə bağlı get-gəldəyik. Elə bir sarsıntı yaşadım ki, inanmıram özümü bir yerə toplaya bilim. Bunlara iş kəsildi. Birinə doqquz ay, birinə bir il, biri də sərbəst buraxıldı. Sərbəst buraxılan hələ də işləyir, təzə gələn əsgərlərin içində gəzir. Yəni, ağıla sığmayacaq bir şeydir", - Novruz Musayev deyib.

Onun sözlərinə görə, cinsi zorakılıq edən mülki vətəndaş da həbs olunub, ancaq məhkəmə onunla bağlı son qərarını verməyib.

Respublika Hərbi Prokurorluğu və Müdafiə Nazirliyi ittihamlarla bağlı BBC-nin sorğusuna cavab verməyib.

Ailə şikayətlərini Prezident İlham Əliyevə və Mehriban Əliyevaya yazsa da, yerli qurumlardan ədalətli nəticələr almadıqlarını deyirlər.

Səminə Musayeva bildirib ki, "Qəbzlərin hamısı əlimdə durur və mənə Naxçıvandan gələn məktublarıma qeyd olunurdu ki, sizin işinizə Mehriban xanımın göstərişi ilə baxılacaq. Beləmi baxılacaq?! Təcavüzçüyə doqquz ay iş verir. Çiynində leytenant rütbəsi daşıyır, xalxın 14 yaşında uşağına təcavüz edir. Bu nə deməkdir?!"

Ata-ana deyirlər ki, zorlamada ittiham oluna həmkəndlilərinin azadlıqda olması onları qorxudur.

Ata deyir ki, qanunları bilməməyi onun hüquqlarını qorumağına mane olur, rəsmi qurumlardan istədiyini ala bilmir.

"Uşağımı evdən eşiyə ötürə bilmirəm. Bu gün uşağımı öldürsələr, hərbi prokrorluq deyəcək ki, videosu yoxdursa, bunu sən öldürmüsən. İşimi-gücümü atıb oturmuşam uşağın yanında ki, uşağa bir şey olsa deyəcəklər ki, valideyni boğdu öldürdü ki, uşağı pis yolda idi", - Novruz Musayev bildiirb.

Onun sözlərinə görə, prokrorluq ona həbs olunmayan şəxsin cazalandırılması üçün video görüntü və ya yazışma kimi sübutların tələb olunduğunu deyib.

"O da olmadığına görə, bu adam əlin-qolun sallayıb gəzir. Mən uşağın saçın kəsdirməyə belə özüm aparırıam, dururam bərbər dükanının qarşısında uşağın saçın kəsdirib götürüb gəlirəm", - Novruz Musayev bildirib.

O bildirib ki, istintaq üçün əslində çox dəlil var, amma bunlar toplanmayıb.

Azərbaycan Hərbi Prokrorluğu və Müdafiə Nazirliyi ailənin ittihamları barədə BBC-nin suallarına cavab verməyib.

Ailə danşır ki, uşaqları oxuduğu məktəbdən məhz bu hadisələrə görə çıxarılıb.

Onlar bundan rayonun təhsil idarəsinə şikayət etsələr də, qərar dəyişməyib.

Naxçıvan Təhsil Nazirliyindən uşağın məktəbdən uzaqlaşdırılmasını təsdiqləyiblər, amma bunu onun məktəbə davamiyyətinin zəifliyi ilə izah ediblər.

Nazirlikdən BBC-yə bildiriblər ki, şagirdin təhsil prosesinə cəlb edilməsi istiqamətində iş aparılır.

Qurum şagirdə diqqət ayrılacağını, yaxın günlərdə onunla bağlı qərar veriləcəyini bildirib.

Naxçıvan Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsindən BBC-yə bildiriblər ki, məsələdən xəbərdar deyillər.

Избранный
55
bbc.com

1Источники