RU

Tramp İsrailin Dohada HƏMAS liderlərinə zərbə endirməsini bəyənməyib

ain.az, Ayna saytına istinadən bildirir.

“Dohaya zərbə endirmək nə İsrailin, nə də ABŞ-ın maraqlarına xidmət edir"

ABŞ Prezidenti Donald Tramp İsrailin Qətərdə yerləşən HƏMAS qruplaşmasının siyasi liderlərinə zərbə vurmaq qərarını dəstəkləməyib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Levitt deyib.

"HƏMAS-ın məhv edilməsi layiqli məqsəd olsa da, Dohaya zərbə endirmək nə İsrailin, nə də ABŞ-ın maraqlarına xidmət edir", deyə bildirib.

Levittin sözlərinə görə, Qətərə “ABŞ-ın etibarlı müttəfiqi və dostu” kimi baxan Tramp İsrailin hücumundan təəssüfləndiyini bildirib. O qeyd edib ki, prezident xüsusi elçi Stiv Vitkoffa Qətər hakimiyyətini gözlənilən hücum barədə "dərhal" xəbərdar etməyi tapşırıb. Bundan sonra Tramp İsrail və Qətər rəhbərliyi ilə telefon danışığı aparıb.

AFP xəbər verir ki, Qətər rəsmiləri İsrailin yaxınlaşan hücumu ilə bağlı əvvəlcədən xəbərdarlıq almadıqlarını bildiriblər. Qətər Xarici İşlər Nazirliyinin sözçüsü deyib: “ABŞ-dan çağırış Dohada İsrailin hücumu zamanı partlayış səslərinin eşidildiyi bir vaxtda edilib”.

Levitt əlavə edib ki, ABŞ ordusu İsrailin gözlənilən zərbəsi barədə administrasiya rəsmilərini məlumatlandırıb, lakin məlumatın birbaşa İsrail tərəfdən, yoxsa ABŞ kəşfiyyatından gəldiyini dəqiqləşdirməkdən imtina edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
ayna.az

1Источники