RU

AMB inflyasiyanı artıra biləcək əsas daxili və xarici riskləri açıqlayıb

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Hazırda Azərbaycanda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir.

"AzPolitika" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

"Bu ilin iyulunda 12 aylıq inflyasiya 5 % təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,2 %, ödənişli xidmətlər üzrə 5,6 %, qeyri-qida məhsulları üzrə isə 2,1 % təşkil edib. İllik baza inflyasiya isə 4,6 % olub.

Beynəlxalq mühitdə qeyri-müəyyənliklər hələ də qalmaqdadır. Lakin onların daxili inflyasiyaya artırıcı təsiri son aylarda əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun (IMF) məlumatına görə 2025-ci ilin iyulunda əmtəə qiymətləri indeksi illik 0,7 %, o cümlədən ərzaq qiymətləri indeksi 3,3 % azalıb. IMF iyulda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu azalma istiqamətində dəyişib, 2026-cı ilə dair proqnozu isə dəyişməz saxlayıb", - AMB bəyan edib.

Mərkəzi Bank qeyd edib ki, ötən iclasdan bəri inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb. Qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqda davam edir. Bu şəraitdə idxal qiymətləri inflyasiyanın əsas xarici risk faktoru kimi hesab olunur. Bu amil isə ticarət tərəfdaşlarında inflyasiyadan və nominal effektiv məzənnənin dinamikasından asılıdır. İnflyasiyanı artıra biləcək əsas daxili risk faktoru isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər.

"Cari ilin sonunadək məcmu tələbin dinamikası başlıca olaraq dövlət xərclərinin icrasından asılı olacaqdır. 2025-ci ilin sonuna kredit qoyuluşlarının illik artım tempinin 2024-cü illə müqayisədə aşağı olacağı gözlənilir", - AMB bildirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
3
azpolitika.info

4Источники