RU

Trampın sistemsiz siyasəti Netanyahunun əl-qolunu açdı – "The New York Times"

ABŞ prezidenti Donald Trampın Qəzza müharibəsinə dair “qeyri-müəyyən və sistemsiz yanaşması” İsrail baş naziri Benyamin Netanyahunun “tam sərbəst fəaliyyət imkanları” qazanmasına şərait yaradıb.

Musavat.com xəbər verir ki,  bu barədə The New York Times geniş təhlil dərc edib.

Nəşrin yazdığına görə, Tramp seçkilərdə qələbəsindən sonra Netanyahudan müharibəni onun Ağ Evə dönüşünə qədər bitirməyi istəyib. Lakin prezident postuna qayıtdıqdan sonra Trampın siyasətində “daha az tələblər, pozulmuş müddətlər, qeyri-müəyyən hədələr və bir-birinə zidd açıqlamalar” önə çıxıb.

“Bu, Trampın Qəzzadakı müharibəyə münasibətində sistemsizliyi bir daha ortaya qoydu. İsrailin Qətərin paytaxtına endirdiyi son hava zərbələri də göstərdi ki, ABŞ rəhbərinin qeyri-sabit mövqeyi Netanyahunun savaşı davam etdirməsi üçün geniş manevr sahəsi yaradıb”, – deyə qəzet qeyd edir.

"The New York Times" hesab edir ki, Tramp administrasiyasının bu yanaşması İsrailin HƏMAS-a qarşı əməliyyatlarını məhdudiyyətsiz şəkildə sürdürməsinə şərait yaradır.

Musavat.com

Избранный
38
musavat.com

1Источники