RU

TƏBİB-in dəstəyi ilə regionlarda hemofiliyanın multidisiplinar müalicəsinə dair seminarlar davam edir

Hər il olduğu kimi bu il də TƏBİB-in və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə Hemofiliyanın multidisiplinar müalicəsinə dair regionlarda seminarlar davam edir.

QHT.az xəbər verir ki, bu barədə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynov məlumat verib. Onun sözlərinə görə, 11 sentyabr 2025-ci il tarixində, Xızı Rayon Mərkəzi Xəstəxanasında müxtəlif profilli ixtisaslaşmış həkim mütəxəssislərlə bərabər Hemofiliyanın multidisiplinar müalicəsinə dair seminar keçiriləcək:

"Hemofiliyanın multidisiplinar müalicəsinə dair elmi seminara dəvət olunan doktorlara 4 kredit balı veriləcək. Məqsədimiz hemofiliya və digər qanın laxtalanma pozğunluğunun müalicəsində həkimlər arasında təcrübə mübadiləsini gücləndirmək, pasiyentləri maarifləndirmək və regionlarda müalicənin keyfiyyətini artırmaqdır".

 

Pərvanə Fərhadqızı

Избранный
17
1
qht.az

2Источники