Bakı. Trend:
Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak BazarınaNəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiyaİnstitutunda (AzMİ) ölkədə metroloji infranstrukturuntəkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlərçərçivəsində fotometrik, dalğa uzunluğu, xətti-bucaq, sərtlik,qüvvə, elektromaqnit çirklənmələri və ilkin nəmlik ölçmələri üzrə 7yeni laboratoriyanın açılışı olub.
Trend xəbərverir ki, yeni etalon laboratoriyalarının yaradılması ölkədəölçmələrin beynəlxalq standartlara uyğun təşkili, yeni metodlarıntətbiqi, metroloji xidmətlərin kəmiyyət və keyfiyyətgöstəricilərinin yüksəldilməsi məqsədini daşıyır.
Məlumata görə, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişafStrategiyası”nın Tədbirlər Planının 1.1.21-ci bəndinə əsasən“Azərbaycan Metrologiya İnstitutu” PHŞ-də yeni laboratoriyaşəbəkəsinin yaradılması nəzərdə tutulub. Strategiyaya uyğun olaraq,ümumilikdə 20 yeni laboratoriyanın yaradılması və 7 mövcudlaboratoriyanın təkmilləşdirilməsi həyata keçiriləcək.
Artıq bu məqsədlə ötən ilin noyabrında həcm, tibb, müqavimət,vaxt və tezlik, paylanma parametrləri və radiotezlik gücününölçmələri üzrə 5 yeni etalon laboratoriyasının açılışı baştutub.
Bu laboratoriyaların sənaye müəssisələrinin metrolojiehtiyaclarının ödənilməsi, elmi araşdırmalar, eyni zamandaölkələrarası əməkdaşlıq üçün önəmli platforma olduğu vurğulanıb.Habelə gənc mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsivə elmi-tədqiqat layihələrinin reallaşması üçün yaradılacaqimkanlardan bəhs olunub. Fotometrik ölçmələri laboratoriyasındaişıq şiddəti, işıqlanma və işıq seli üzrə ölçmələr və cihazlarınkalibrlənməsi, Dalğa uzunluğu ölçmələri laboratoriyasında uzunluqvahidi olan metrin reallaşdırılması və ölkəmizdə izlənilməzəncirinin təmin olunması, Xətti-bucaq ölçmələri laboratoriyasındauzunluq və bucaq kəmiyyətlərinin sənaye və aviasiya sahələrinədəqiq ötürülməsi, Sərtlik ölçmələri laboratoriyasında isəmetallurgiya, maşınqayırma, aviasiya və sənayedə istifadə olunanmaterialların sərtlik cihazlarının yoxlanması və kalibrlənməsihəyata keçiriləcək. Qüvvə ölçmələri laboratoriyasında müvafiqsahədə cihazların kalibrlənməsi ilə yanaşı, beynəlxalq izlənilməsi,Elektromaqnit çirklənmənin ölçülməsi laboratoriyasında yüksəkgərginlik xətləri və mobil telekommunikasiya operatorlarına məxsusbaza stansiyalarının yaratdığı elektromaqnit çirklənmənin ölçülməsivə ətraf mühitə təsirin azaldılması, İlkin nəmlik ölçmələrilaboratoriyasında kimya, əczaçılıq, qida, səhiyyə və digərsahələrdə istifadə olunan nəmlik ölçmə cihazlarının yoxlanılması vəkalibrlənməsi ilə bağlı işlər görüləcək.