RU

Zelenskiyə sui qəsd ssenarisi: Sənədi imzaladığı an öldürüləcək

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin bitməsi üçün Rusiyanın şərtləri ilə razılaşaraq kapitulyasiya sənədinə imza atarsa, öldürüləcək”. 

Globalinfo.az xəbər verir ki, bunu amerikalı siyasi şərhçi Skot Horton deyib.

O, Zelenskinin bunu edəcəyi halda Ukrayna millətçilərinin sui-qəsdinə məruz qalacağını söyləyib.

“Bu, real təhlükədir. Ona görə də prezidentin ruslarla razılığa gələ biləcəyini düşünmürəm. Millətçilərin hədələrini həyata keçirmələri üçün kifayət qədər imkanları var”, – Horton bildirib.

Qeyd edək ki, bundan öncə Volodimir Zelenskinin biri Polşada olmaqla iki dəfə sui-qəsdə məruz qaldığı açıqlanıb.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
92
globalinfo.az

1Источники