ain.az, Dogru.az portalına istinadən məlumat verir.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast və senator Stiv Dayns ilə görüşüb.
Doğru.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Görüş zamanı tərəflər avqustun 8-də keçirilmiş Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp sammitinin strateji əhəmiyyətini, həmçinin Azərbaycan-ABŞ münasibətləri və regionda sülh üçün müsbət nəticələrini vurğulayıblar.
Hikmət Hacıyev 907-ci maddənin ləğvinin vacibliyini qeyd edib və parlamentariləri Azərbaycana səfərə dəvət edib.
DOĞRU.AZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.