RU

“AzInTelecom”dan şəhid övladlarına dəstək (FOTO)

Bakı. Trend:

Yeni tədris ili öncəsi “AzInTelecom”un dəstəyi, “YAŞAT” Fondununtəşkilatçılığı ilə respublikanın müxtəlif regionlarında “Məktəbliləvazimatları” layihəsi həyata keçirilib.

Trend xəbərverir ki, layihə çərçivəsində 1500-ə yaxın şəhid övladına dərsləvazimatlarından ibarət hədiyyə qutuları göndərilib.

Qutulara məktəb çantası, dəftər, xəritə, gündəlik, termos,stolüstü lampa və digər zəruri tədris ləvazimatları qoyulub.

“AzInTelecom” üçün gənc nəslin təhsili və inkişafı xüsusiəhəmiyyət kəsb edir. Şirkət daha əvvəl “YAŞAT” Fondununtəşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “Hədiyyəkarvanı” layihəsinə də dəstək göstərib. “AzInTelecom” hər zaman buistiqamətdəki sosial layihələrə dəstək göstərəcəyini bir daha bəyanedir.

“AzInTelecom”dan
“AzInTelecom”dan
“AzInTelecom”dan
Məqalədə:
Избранный
27
10
az.trend.az

10Источники