RU

Kriştianu Ronaldu dünya rekordunu təkrarladı

Portuqaliya milli komandasının kapitanı və "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo 2026-cı il dünya çempionatının Avropa təsnifat mərhələsində Macarıstana qarşı (3:2) oyunda vurduğu penalti ilə tarixə adını yazdırıb.

90deqiqe.Az-ın məlumatına görə, bu qol ilə 40 yaşlı forvard mundialın təsnifat mərhələlərində 39-cu qolunu vurub və beləliklə, Qvatemala yığmasının sabiq oyunçusu Karloz Ruisi təkrarlayıb. Hər iki oyunçunun mundial təsnifatlarında vurduğu qol sayı eynidir. Üçüncü sırada isə Argentina milli komandasının ulduz futbolçusu Lionel Messi qərarlaşıb, onun hesabında 36 qol var.

Ronaldu, 2003-cü ilin 20 avqustunda, 18 yaşında Portuqaliya milli komandasının heyətində debüt edib. O, ilk qolunu 2004-cü ildə, Avropa çempionatının qrup mərhələsində Yunanıstana qarşı (1:2) vurub.

Hazırda Portuqaliya yığması 6 xalla Avropa təsnifatının A qrupunda liderdir.

Избранный
56
90deqiqe.az

1Источники