Rusiyaya məxsus ən azı 8 (İran istehsalı) "Şahid" pilotsuz uşuş aparatları (PUA) Polşanın, yəni NATO-nun hava məkanına daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, bu, açıq eskalasiya addımıdır.
"Rusiyanın Ukraynaya son kütləvi hücumu zamanı müxtəlif növ 415 PUA, həmçinin 40-dan çox qanadlı və ballistik raketdən istifadə olunub. Hücum nəticəsində Ukraynanın 15 vilayəti zərbə altında qalıb", - Volodimir Zelenski qeyd edib.